Türkiyə müdafiə nazirinin müavini Şuşada şeir deyib: “Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan”

Siyasət

“Azərbaycana əvvəlki səfərimdən fərqli olaraq, bu dəfə başqa mənzərə ilə qarşılaşdım. Azərbaycan xalqının özünə daha əmin, gələcəyə inamlı olduğunu müşahidə etdim. Türkiyənin xalqı və ordusu Azərbaycan dövlətinin, eləcə də xalqının haqlı mübarizəsinin yanında olub, beynəlxalq ailəmdə tam daim dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcək”.

“102info.az” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda idarəetməsinin daha da təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi ilə yanaşı yeni idarəetmə forması yaradılıb. Nazir müavini qeyd edib ki, məqsəd Azərbaycan və Türkiyə ordusu arasında əlaqələri genişləndirmək, uyğunluğu təmin etməkdir: “İki ölkə arasında əməkdaşlıq təcrübəsində 20 tədqiqat, 225 təhsil kursu, təxminən, 28 min Azərbaycan əsgərinə təhsil dəstəyi həyata keçirilib”.

“TEKNOFEST Azərbaycan” festivalında Azərbaycan gənclərinin gözündə türkiyəlilərə eyni münasibəti görməkdən çox məmnun qaldıq. Gənclərin bu istəyini gördükcə gələcəyə doğru inamla irəliləyəcəyimizə bir daha əmin olduq. Yerli və milli texnoloji nailiyyətlərimizi Azərbaycana gətirməklə iki xalqın birliyinin və gücünün artacağına çox inanırıq. Türkiyə istehsalı olan müasir silahların, hərbi texnikanın Azərbaycanda istifadəsi xüsusi önəm kəsb edir. Bu istiqamətdə əməkdaşlığımız bundan sonra da davam edəcək. Hərbi sahədə Azərbaycan Ordusunun daha da güclənməsi baxımından daim dəstəyimizi verməyə hazırıq”.

Muhsin Dərə çıxışını Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirindən bir misra səsləndirməklə yekunlaşdırıb:

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan…

Mubariz-Kesikde.org.az

Spread the love