Bu gün açılışı olan Sabunçu rayonundakı yeni məktəb binasından FOTOREPORTAJ

Siyasət

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sabunçu rayonunda yeni inşa olunan 304 nömrəli məktəbin açılışında iştirak ediblər.

Təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib.

Yeni inşa olunan 304 nömrəli məktəb 960 şagird yerlikdir. 

Yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Qeyd edək ki, son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.

102info.az “Global Photo Stock”un əməkdaşları məktəbin yeni görüntülərini lentə alıb.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.