Ölkə başçısı: “İradə, peşəkarlıq və Vətən sevgisi varsa, əlçatmaz olan nailiyyətləri əldə etmək olar”

Siyasət

“Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”.

102info.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş milli komandamızı qəbul edərkən bildirib.

Ölkə başçısı qeyd edib:

“Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür – əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa”.

Mubariz-Kesikde.org.az

Spread the love