Prezident: “Şadam ki, minifutbol komandamızın tərkibi yerli idmançılardan ibarətdir”

Siyasət

“Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir – həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir”.

102info.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş Minifutbol üzrə milli komandamızın heyətini qəbul edərkən bildirib.

Ölkə başçısı qeyd edib:

“Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir”.

Mubariz-Kesikde.org.az

Spread the love