Türkiyənin Azərbaycandakı səfiri Şuşaya səfər edib – FOTO

Siyasət

İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bu münasibətlə Şuşaya səfər edib.

Diplomat bu barədə özünün “Twitter” hesabında xəbər verib.

“Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə Şuşa yolundayıq”, – yazan səfir, paylaşımına “Bir millət, iki dövlət” həştəqini və fotolar əlavə edib.

Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Mubariz-Kesikde.org.az

Spread the love