Bakı Zooloji Parkında pələng balası doğulub – FOTO

Siyasət

Bakı Zooloji Parkında pələng balası doğulub.

Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Instagram” hesabında məlumat paylaşıb:

“Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası – Nur.
Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb.

Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq”.

 

Mubariz-Kesikde.org.az

Spread the love