Bakı-Vaşinqton: ABŞ illər öncəki “rəngindən” çəkilir, yeni mexanizmlər yaradılır – TƏHLİL

Siyasət

Hələ Qarabağ münaqişəsi zamanında ABŞ-ın Azərbaycan üzərində təzyiq alətləri yaratması üçün bir sıra fəaliyyəti müşahidə edilirdi.

Azərbaycanda isə hakim olmasa da, əsas fikir xətti bu idi: Qərb Azərbaycanda rəngli inqilab təşkil etmək və sabitliyi pozmaq istəyir.

Hərçənd ki, Ağ Ev administrasiyası dünyaya baxış bucağını yox, yalnız onun üsulunu və icra tərzini dəyişdirib, çünki rəngli inqilablar ABŞ üçün əlavə xərclər yaratdı.

İndi Azərbaycan-ABŞ münasibətlərinin prioritetlərini iqtisadi tellərlə əlaqələri möhkəmləndirmək təşkil edir ki, bu da təhlükəsizlik sferasındakı əməkdaşlığa daha da irəliyə doğru format vermək ehtiyacını yaradır.

ABŞ səfiri Örl Litzenberger iyunun 9-da bir qrup media nümayəndəsi üçün keçirdiyi brifinqdə həmin formulu təxmini bu cür dilə gətirib:

1. ABŞ-ın Azərbaycanda sərmayəsi olduğundan burada sabitliyin pozulmasında maraqlı deyil.

Açıqlaması: Yəni bu mövzuda təhlükəsizlik prioritetləri bərqərar edilir.

2. Cənab səfir Rusiya ilə Azərbaycanın münasibətlərinin inkişaf etməsini yaxşı hal kimi dəyərləndirdi. Amma əlavə etdi ki, Rusiya postsovet məkanı üçün təhdid yaratmaqda davam edir.

İZAHI: ABŞ hesab edir ki, gələcəkdə regionda hər hansı təhdid olacağı təqdirdə, təhlükə altına düşən ölkələri öz çətiri altında mühafizə etmək üçün mənbələr formalaşdırmaq lazımdır.

Təhlükəsizlik müstəvisi üzərindəki ikitərəfli əməkdaşlığın yeni ideyalarla inkişaf etdirilməsi daha çox enerji resursları ilə əlaqədardır, yəni Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi-siyasi əhəmiyyəti Avropanın enerji xəritəsini dəyişmək üçün Qərbə əlverişli faydalar gətirir.

NƏTİCƏ:

1. Azərbaycanla ABŞ təhlükəsizlik fazasında yeni mexanizmlərin formalaşdırılmasını danışıqlar masasında müzakirə edir.

2. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına artan tələbatı Azərbaycana xarici investisiyaları təşviq edir.

3. Amma investisiyanın həcminin artırılması, bir az da dəqiq desək, ABŞ-ın işğaldan azad edilmiş ərazilərə sərmayə yatırması ilə bağlı Bakı-Vaşinqton xəttində mübahisəli məqamlar var.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love