Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivləri müzakirə olunub

Siyasət

ABŞ-da Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivlərinə həsr edilən dəyirmi masa keçirilib.

“102info.az” xəbər verir ki, müzakirlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və mərkəzin üzvləri iştirak ediblər.

Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Mubariz-Kesikde.org.az

Spread the love