“ABŞ Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə dəstək verir” – RƏY

Siyasət

“Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bir sıra mühüm məqamlarla yadda qalıb”.

“102info.az”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, məktubda ölkəmizlə Amerika Birləşmiş Ştatları arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə transmilli təhlükələrlə qarşı birgə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsinə Azərbaycanın verdiyi töhfələr, ticarət və sərmayələrin təşviqi məsələlərində ölkələrimizin tərəfdaşlığı yüksək qiymətləndirilir və Amerika Birləşmiş Ştatlarının Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edəcəyinə əminlik ifadə edilir.

“Qeyd edilir ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə böyük əhəmiyyətə malikdir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayır. Bildirilir ki, Azərbaycan regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasına, həmçinin Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək edən vacib ölkədir.

Məktubda şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində ölkəmizdə atılan davamlı addımlar alqışlanır və Amerika Birləşmiş Ştatlarının ölkəmizlə tərəfdaşlığa və əməkdaşlığa sadiq olduğu bir daha vurğulanır. Bütün bunlar ABŞ-ın Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə dəstək verməsi və ölkəmizin regiondakı aparıcı rolunu yüksək qiymətləndirməsi deməkdir”, – deputat vurğulayıb.

Mubariz-Kesikde.org.az

Spread the love