Kanadalı deputat: “Müstəqillik Gününü azərbaycanlılarla qeyd etmək şərəfdir” – VIDEO

Siyasət

Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourens 28 May – Müstəqillik Günü münasibəti ilə Kanada parlamentində çıxış edib.

O, çıxışının videosunu öz “Instagram” hesabında paylaşıb.

“Bu gün mən Azərbaycanın Müstəqillik Gününü qeyd etmək üçün Kanada Parlamenti İcmalar Palatasında çıxış etdim. Kanada-Azərbaycan Parlamentinin Dostluq Komitəsinin sədri olmaq və bu günü Kanadadakı azərbaycanlılar və bütün dünya azərbaycanlıları ilə qeyd etmək şərəfdir” – Filip Lourens qeyd edib.

 

Mubariz-Kesikde.org.az

Spread the love