Pakistan səfiri: “Kəlbəcəri turizm habına çevirmək olar”

Siyasət

“Kəlbəcərin investisiya və infrastrukturun inkişafı baxımından potensialı var”.

“102info.az” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Kəlbəcərə səfər çərçivəsində jurnalistlərə bildirib.

Diplomat Pakistan şirkətlərinin regiona cəlb edilməsinə öz töhfəsini verməyi planlaşdırdığını vurğulayıb.

“Kəlbəcər təkcə gözəl landşafta malik region deyil, o həm də təbii resurslarla zəngindir. İnanırıq ki, bu regionu turizm habına çevirmək üçün böyük potensial var”, – Bilal Haye deyib.

Səfir tezliklə regionun bərpa ediləcəyinə və insanların doğma yurd-yuvalarına qayıdacağına əminliyini ifadə edib.

Mubariz-Kesikde.org.az

Spread the love