Fransalı mer: “Xalq Cümhuriyyəti üzvlərinin xatirəsinin anılması üçün əlimizdən gələni edəcəyik” – FOTO

Siyasət

“Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmur, onların xatirəsini hər zaman böyük ehtiramla anır”.

Bunu “102info.az”un yerli bürosuna Fransanın Sən-Klu şəhər merinin müavini Jan-Kristof Pyerson bildirib.

“Mən Sən-Klu şəhərində dəfn edilmiş Azərbaycanın görkəmli şəxslərinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak etdiyim zaman Azərbaycan xalqının öz qəhrəmanlarına verdiyi yüksək dəyərin şahidi olmuşam. Azərbaycan xalqı ölkənin müstəqilliyi, dirçəlişi üçün böyük səy və əzm göstərmiş övladlarının xatirəsini yüksək tutur, onları uzun illər keçməsinə baxmayaq, hər zaman xatırlayır, böyük fəxrlə anır”, – o qeyd edib.

Jan-Kristof Pyerson Sən-Klu şəhərinin öz qoynunda yaşamış və uyuyan Azərbaycan xalqının əziz qəhrəmanlarının xatirəsini hər zaman yüksək tutacağını söyləyib:

“Biz müsəlman şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyəti üzvlərinin xatirəsinin şəhərimizdə hər zaman anılması üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, Azərbaycanı Paris Sülh Konfransında təmsil etmiş nümayəndə heyətinin üzvləri – Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli Fransanın Sən-Klu şəhər məzarlığında dəfn ediliblər.

Mubariz-Kesikde.org.az

Spread the love