BƏƏ prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

Siyasət

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Mubariz-Kesikde.org.az

Spread the love