Bu gün əfv sərəncamı imzalanacaq

Siyasət

Bu gün 28 May – Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq.

102info.az xəbər verir ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb.

Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı 28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacaq.

Mubariz-Kesikde.org.az

Spread the love