Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə gedib

Siyasət

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə səfərdədir.

“102info.az”un Türkiyə bürosu xəbər verir ki, generalın rəhbərlik etdiyi şəxsi heyət Türkiyənin Konya şəhərində keçirilən ənənəvi “Anadolu Qartalı-2022” beynəlxalq taktiki uçuş təlimlərini izləyib.

Xatırladaq ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

Mubariz-Kesikde.org.az

Spread the love