“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİ

Siyasət

Ötən ilin yay aylarında Əfqanıstanda hakimiyyətə gələn “Taliban” rejimi bu ölkənin Bakıdakı səfirliyi ilə əlaqələr qurmağa başlayıb.

102info .az-ın əldə etdiyi məlumata görə, Əfqanıstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi ilə Kabil arasında müxtəlif məktublaşmalar həyata keçirilib.

Hazırda diplomatik nümayəndəliklə yeni hakimiyyət nümayəndələri arasında təmaslar mövcuddur.

Lakin Əfqanıstanda hakimiyyət dəyişikliyinə baxmayaraq, “Taliban”ın tətbiq etdiyi yeni bayraq Bakıdakı səfirlikdə qaldırılmayıb.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın Azərbaycandakı səfirliyi səfir Amanullah Ceyhunun Bakıda olduğu və fəaliyyətinə davam etdiyini açıqlamışdı. Eyni zamanda, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları da səfirliyə problemləri barədə müraciət edə bilirlər. 

Xatırladaq ki, ötən il avqustun 15-də “Taliban” hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçiriblər. Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk etməyə məcbur olub. “Taliban” hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib. İndiyədək bir çox ölkələr “Taliban” hakimiyyətini rəsmən qəbul etməyib.

Mubariz-Kesikde.org.az

Spread the love