Qərbi azərbaycanlıların bir araya gətirilməsi Haaqada MÜZAKİRƏ EDİLDİ

Siyasət

Haaqa şəhərində Qərbi Azərbaycanlılar İcmasının Avropa nümayəndəliyinin ilk toplantısı keçirilib.

Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin qərargahında baş tutan toplantıda indiyədək görülən işlərdən və gələcək planlardan danışılıb.

Nümayəndəliyin sədri Sima Cəfərova, Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, toplantıya videobağlantı vasitəsilə qatılan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının beynəlxalq əlaqələr üzrə sədr müavini, dosent Həqiqət Hacıyeva və İH üzvləri çıxış edərək, Qərbi azərbaycanlılar probleminin birgə səylərlə Avropa ictimaiyyətinə çatdırılması məsələsini müzakirə ediblər. Qərbi azərbaycanlıların bir araya gətirilməsi məqsədilə Avropanın iri ölkələrində nümayəndəliyin filiallarının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.

Toplantı iştirakçıları 1988-ci ildə Ermənistan tərəfindən soydaşlarımızın vəhşicəsinə deportasıyası edilməsinə dünya ictimaiyyətinin və mediasının göz yumduğunu təəssüflə xatırladıblar. Beynəlxalq ictimaiyyətin diqqətinin belə məqamlara yenidən cəlb olunması istiqamətində güclü fəaliyyət göstərməyin, Qərbi azərbaycanlıların ermənilər tərəfindən tapdalanmış hüquqlarının bərpasının gündəmə gətirilməsinin çox vacib olduğu vurğulanıb.

Mubariz-Kesikde.org.az

Spread the love