Azərbaycanda internet vasitəsilə narkotik satanlar üçün həbs müddəti müəyyənləşib

Siyasət

Azərbaycanda internet vasitəsilə narkotik satanları 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Bu, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Mubariz-Kesikde.org.az

Spread the love