Rudenko: “Moskva Ermənistan və Azərbaycanla üçtərəfli sammiti istisna etmir”

Siyasət

Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üzbəüz üçtərəfli görüşünün keçiriləcəyini istisna etmir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Biz 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli Bəyanatların ən yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir zərurət yaranarsa, üzbəüz görüşün təşkil olunmasını istisna etmirik”, – deyə o bildirib.

Rudenko xatırladıb ki, mayın 12-də Düşənbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib.

Mənbə: TASS

Mubariz-Kesikde.org.az

Spread the love