Litva prezidenti Bakıya səfər edəcək

Siyasət

Litva Prezidenti Gitanas Nauseda mayın 18-20-də Azərbaycan və Ermənistana səfəri zamanı Cənubi Qafqaz ölkələri ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin perspektivlərini və beynəlxalq gündəmdə olan bir sıra digər məsələləri müzakirə edəcək.

Bu barədə Litva liderinin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkədə G.Nauseda Cənubi Qafqaz regionunda təhlükəsizlik, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti, o cümlədən enerji sektorunda fikir mübadiləsi aparmağı planlaşdırır.

Litva lideri Azərbaycan və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyanla da görüşəcək.

Mənbə: TASS

Mubariz-Kesikde.org.az

Spread the love