Deputat etiraz aksiyaları keçirmək istəyənləri “beşinci kolon” adlandırdı

Siyasət

“Qərb fondları və institutları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır”. 

102info.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Cavid Osmanov deyib. 

O bildirib ki, Azərbaycandakı bəzi qüvvələr həmin fondların sifarişini yerinə yetirir.

“Həmin qüvvələr Azərbaycanda qarşıdurma yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Amma onlar öz istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib”, – deyə Cavid Osmanov əlavə edib. 

Deputat həmin qüvvələri “beşinci kolon” adlandırıb.

Aqşin Kərimov 

Mubariz-Kesikde.org.az

Spread the love