Ceyhun Bayramov Ermənistanın altı bəndindən danışdı: “Təklif deyil” – VİDEO

Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə yanaşmasından danışıb. 

102info.az-ın məlumatına əsasən, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Azərbaycanın təkliflərinə 6 bəndlə cavabını təklif adlandırmaq olmaz. 

“Bu, sadəcə onların reaksiyasıdır”, – deyə Ceyhun Bayramov əlavə edib. 

“Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar”, – deyə Ceyhun Bayramov bildirib. 

Nazir qeyd edib ki, Ermənistanın reaksiyası haradasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sülh gündəliyi ilə bağlı 5 maddəlik baza prinsipinə 6 bəndlə cavab verildiyini açıqlayıb.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love