Türkiyə səfirliyinin nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər – FOTO

Siyasət

Türkiyənin Azərbaycandakı səfirliyi müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb. Diplomatik nümayəndəlik bu münasibətlə Fəxri xiyabanda xalqımızın ümummilli liderinin məzarını ziyarət edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bununla bağlı özünün “Twitter” hesabında paylaşım edib.

“Müstəqil, qüdrətli və müasir Azərbaycanın qurucusu və ümumi lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə onun əziz xatirəsini ehtiramla yad etdik. Türkiyə və Azərbaycanın əlaqələri onun “bir millət iki dövlət” anlayışı ilə müstəsna səviyyəyə və möhkəm zəminə çatıb”, – deyə diplomat tvitində bildirib.

 

Mubariz-Kesikde.org.az

Spread the love