Avropa Şurasının prezidenti və baş katibi Ukraynada səfərdədir – FOTO

Siyasət

Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç Ukraynaya işgüzar səfərə gəlib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, səfər zamanı o, Borodyanka və İrpenə baş çəkib. AŞ Baş katibi Kiyev vilayətinə səfəri zamanı dağılmış evlərə baxıb.

“O, dinc şəhərlərin atəşə tutulmasının dəhşətli nəticələrini və Rusiyanın hərbi cinayətlərinin sübutunu görüb”, – məlumatda deyilir.

Bundan başqa Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Ukraynanın Odessa şəhərinə səfərə gedib.

“Puşkinin “sən Avropanı hiss edə bilərsən” dediyi Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm. Bu gün Ukrayna xalqı öz abidələrini güllə, raketlərdən, öz azadlığını isə Rusiyanın təcavüzündən qoruyur. Sən yalnız deyilsən. Avropa İttifaqı sizinlədir”, – Şarl Mişel vurğulayıb.

Mənbə: RBK-Ukrayna

Mubariz-Kesikde.org.az

Spread the love