Yuliya Qrişina: “Hüseyn Abdullayevlə bağlı Ukrayna baş prokuroruna sorğu göndərəcəyəm” – Kiyevdən MÜSAHİBƏ

Siyasət

“Bildiyiniz kimi, Putin İttifaqın dağılmasını ağrılı keçirir və onu bu və ya digər formada bərpa etmək istəyir. Azərbaycan öz mövqeyi ilə göstərir ki, keçmişə qayıtmaq niyyətində deyil. Ölkəniz Ukraynanın ərazi bütövlüyünə hörmət edir və müstəqil dövlət kimi onunla mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətindədir”.

Bunu 102info.az-a müsahibəsində Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasından olan deputat, Ali Radanın Təhsil, elm və innovasiyalar komitəsinin üzvü, ali təhsil üzrə alt komitənin rəhbəri Yuliya Qrişina deyib.

O, 25 gün ərzində Rusiya hərbçiləri tərəfindən əsir saxlanılan və işgəncələrə məruz qalan azərbaycanlı tələbə Hüseyn Abdullayevdən də danışıb.

– Hüseyn əhvalatı mənə çox dərindən təsir etdi. Bu, bir daha onu göstərir ki, ruslar təkcə “Ukrayna faşistləri” ilə vuruşmurlar. Onların qəddarlığı milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, qarşısına çıxan hər kəsə şamil edilir.

Ukrayna parlamentində mən ali təhsil üzrə alt komitəyə rəhbərlik edirəm və həm də xarici tələbələrin Ukraynaya cəlb olunması ilə məşğulam. Mən son dərəcə təəssüf edirəm ki, dünyanın onlarla ölkəsindən olan tələbələr Xarkov, Sumı, Mariupolda bu dəhşətlərə dözməli oldular.

Ukraynada Rusiyanın hərbi cinayətlərinin sənədləşdirilməsi üçün böyük həcmdə iş aparılır. Bu, çox vaxt və səy tələb edir, xüsusi hüquq-mühafizə qrupları işləyir, beynəlxalq ekspertlər cəlb olunur, xüsusi qanunlar qəbul edilir. Məqsədimiz hər bir epizodu sübut etmək və hər bir günahkarı – hakim elitadan tutmuş sıravi icraçıya qədər cəzalandırmaqdır. Biz bu, mütləq həyata keçiriləcək.

Konkret olaraq Hüseyn Abdullayevlə bağlı Ukraynanın baş prokuroruna sorğu göndərəcəyəm və cavab alan kimi sizə məlumat verəcəyəm”, – deyə deputat bildirib.

Mubariz-Kesikde.org.az

Spread the love