Parlament hesabatı qəbul etdi: Nazir müavini yazılı cavab verəcək

Siyasət

Milli Məclisin iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə hesabatı müzakirəyə çıxarılıb. 

102info.az-ın məlumatına əsasən, hesabat təklif və suallardan sonra səsə qoyulub. 

Hesabat qəbul edilib. 

Bildirək ki, hesabatı daxili işlər nazirinin birinci müavini general-leytenant Seyfulla Əzimov təqdim edib. 

O, deputatların suallarına və təkliflərinə yazılı cavab verəcək.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love