Milli Məclisdə ABŞ Dövlət Departamenti topa tutuldu

Siyasət

Milli Məclisin iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə hesabatının müzakirəsi zamanı ABŞ Dövlət Departamenti tənqid edilib.

102info.az-ın məlumatına əsasən, deputat Azay Quliyev ABŞ Dövlət Departamentinin Azərbaycandakı insan hüquqları və media azadlığının vəziyyətinə dair hazırladığı hesabatlar həqiqətə söykənmir.

“Bəzi Afrika ölkələri indekslərdə öndə göstərilir, bu, necə ola bilər”, – deyə o əlavə edib. 

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, ABŞ 10 il əvvəlki hesabatların üzərində qalıb.

“Bəzi Avropa ölkələrində miqrantlara qarşı polis zorakılıq edir, bir də görürsən ki, qayıq çevrilir və miqrantlar sularda boğulur. Amma Dövlət Departamenti bu cür halları qeydə almır”, – deyə o əlavə edib. 

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlı itkin düşüb, Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa da, bunu görməzdən gəlirlər. 

Deputat Sahib Alıyev düşünür ki, ABŞ Azərbaycana münasibətdə ikili standartlara yol verir.

“ABŞ Yaxın Şərqdə yeritdiyi siyasət ilə insan alverinin genişlənməsinə yol açır. İndi də Ukrayna müharibəsi. Onsuz da Ukraynadan əvvəl də insan alveri sahəsində tranzit kimi istifadə edilirdi”. 

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love