Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE

Siyasət

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Vahid Rasim oğlu Hacıyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

102info.az-ın məlumatına görə, V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb. 

2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsilini alıb. 

Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib. 

O, 13 il “bp Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Onun sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə Biznes menecer, daha əvvəl isə aparat rəhbəri olub.

V.Hacıyev bu təyinata qədər 2 il dörd ay müddətində “Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub. 

Mubariz-Kesikde.org.az

Spread the love