Florida ştatının üç şəhərində 28 may Azərbaycanın Respublika Günü elan edilib – FOTO

Siyasət

ABŞ-ın Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd şəhərlərində 28 may tarixi Azərbaycanın Respublika Günü elan edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhər meri Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse Pepe Dias və mer Daniella Levin Kava bəyannamə imzalayıblar. 

Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, ABŞ-la Azərbaycan Respublikası arasında strateji münasibətlər və tərəfdaşlıqdan bəhs olunub. Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdikləri, 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu nəzərə çatdırılıb. 

Hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Qərarların qəbul edilməsi Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın müraciəti əsasında  gerçəkləşib. 

Mubariz-Kesikde.org.az

Spread the love