Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi – FOTO

Siyasət

3 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mubariz-Kesikde.org.az

Spread the love