Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

O bu barədə öz “Instagram” hesabında paylaşım edib:

“Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”

 

Mubariz-Kesikde.org.az

Spread the love