“Azərbaycan rəhbərinin bütün suallara cavabı var” – Aqil Məmmədov

Siyasət

Aqil Məmmədov

Milli Məclisin deputatı

ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin   çıxışı bizə 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində  dövlət başçısının apardığı mübarizəni xatırlatdı. Bu tədbir həm də ölkənin birinci şəxsi tərəfindən verilən mesajlarla yadda qaldı. Prezident ölkənin və bölgənin gələcəyi ilə bağlı dövlətimizin mövqeyini ifadə etdi, maraqlarımızı dünyaya çatdırdı.

Hazırda işğaldan azad olunmuş bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə mühüm infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri tədbirlər görülür. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi bu işlər kənar dəstək olmadan, yəni sırf daxili resurslar hesabına həyata keçirilir. Cənab İlham Əliyevin aprelin 29-da ADA-da keçirilən tədbirdə yenidən analoji məsələni gündəmə gətirməsi Azərbaycan dövlətinin dəyişməz mövqeyi kimi xarakterizə oluna bilər.

Böyük dövlətçilik təcrübəsinə malik olan İlham Əliyev həm də beynəlxalq siyasi arenada baş verən hadisələri analiz etməyi yaxşı bacaran təcrübəli diplomat kimi auditoriya qarşısında idi. Dövlətimizin başçısı Azərbaycanın dəyişməz mövqeyini növbəti dəfə təkrarlamaqla regionda separatizmə yer olmadığını bir daha vurğulamış oldu. Bu, təkcə Ermənistana deyil, həm də onun havadarlarına verilmiş mesaj idi. İki ölkə arasında sülh danışıqlarının aktuallaşmasına rəğmən Prezident yenə prinsipial mövqeyini bildirməkdən çəkinmədi: “Azərbaycan xalqının yaraları bu 30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün mütəmadi avtobus səfərləri keçirilir. İnsanlar gedirlər və öz gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması ağlasığmazdır”.

Azərbaycan Prezidentinin erməni lobbisinin aktiv olduğu Fransa ilə münasibətlərin yoluna qoyulduğunu vurğulaması növbəti diplomatik uğur kimi qiymətləndirilə bilər. Biz milli maraqlara söykənən bu sabit xarici siyasət kursunu Rusiya – Ukrayna müharibəsinə münasibətdə də gördük. İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlərinin olduğunu vurğulamaqla yanaşı, rəsmi Bakının ikincinin ərazi bütövlüyünü tanımasını dilə gətirməsi ölkəmizin beynəlxalq hüquqa hörmət və sadiqliyinin təzahürüdür.

Biz ölkə Prezidentinin bu mövqeyini həm də Azərbaycana münasibətdə ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara verilmiş cavab kimi qiymətləndirə bilərik. Haqlı mövqedə olan Azərbaycanın müdrik rəhbərinin bütün suallara verməyə cavabı var. Prezident İlham Əliyev bu gün nənki regionun, həm də dünyanın qlobal məsəllələrində bir usta kimi proqnoz verir və analtik təhlil edir.

44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Azərbaycan və onun lideri post-müharibə dövründə də diplomatik cəbhədə ard-arda qələbələr qazanır.

Mubariz-keşikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.