İlham Əliyev: “Azərbaycanın təkbaşına Madrid prinsiplərini icra etməsi Minsk qrupunu məyus etdi”

Siyasət

“Biz eşidirik ki, Ermənistan hökuməti sülh gündəliyi barədə anonslar verir. Bu, çox müsbət haldır”. 

102info.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

“Artıq reallıq dəyişib və bu, hətta vasitəçilər tərəfindən də etiraf edilir. Hətta Rusiya-Ukrayna müharibəsindən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında məyusluq var idi, çünki Azərbaycan özü təkbaşına Madrid prinsiplərini icra etmişdi. Mən müharibədən sonra həmsədrlərlə görüşdə onlara dedim ki, onlar praktiki təkliflər versin”, – deyə İlham Əliyev deyib.  

Prezident deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra həmsədrlərin hər hansı funksiyaya malik olmadıqları elan edildi.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love