Ekspert beynəlxalq birliyin Azərbaycanla bağlı narahatlığından DANIŞDI

Siyasət

“Beynəlxalq birlik Azərbaycan torpaqlarının minalanmış olmasından narahatdır”.

“102info.az” xəbər verir ki, bunu Pakistanın Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm jurnalistlərə bildirib.

Ekspert Ermənistanı Azərbaycanın azad olunmuş ərazilərindəki minalanmış sahələrə dair səhih xəritələr təqdim etməyə, beynəlxalq birliyi də bu məsələdə dəstək verməyə çağırıb.

Şuşaya səfər etdiyini qeyd edən ekspert şəhərdə bərpa işlərinin yüksək sürətlə aparıldığını dilə gətirib: “Şuşada və başqa ərazilərdə infrastrukturun bərpası işləri böyük sürətlə aparılır. Dünən Füzulidə olduq, cəmi 8 ay kimi qısa müddət ərzində tamamlanmış hava limanı ilə tanış olduq”.

Mubariz-Kesikde.org.az

Spread the love