Rusiya və Ermənistan XİN başçıları Bakı ilə İrəvan arasında sülh məsələsini müzakirə ediblər

Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefon danışığında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli Bəyanatların icrası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması və regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması üzrə layihə fəaliyyətləri nəzərdən keçirilib. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə bildirilib.

Mənbə: TASS

Mubariz-Kesikde.org.az

Spread the love