İlham Əliyev Azərbaycan-Çin əlaqələrindən DANIŞDI

Siyasət

“Azərbaycan və Çin əlaqələri strateji əhəmiyyət daşıyan əlaqələrdir”. 

102info.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyev deyib ki, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. 

Prezident Çin sədri Si Cinpinin Azərbaycanın çox yaxşı dostu olduğunu vurğulayıb. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Çindən Xəzər dənizi və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər qəbul etməyə başlayıb.

“Lakin bunun həcmi böyük deyil. Biz aydın başa düşürük ki, Çin təchizat marşrutlarını müxtəlif mənbələr hesabına diversifikasiya edib. Biz sadəcə cəhd edirik ki, öz marşrutlarımızı da daha cəlbedici edək”, – deyə İlham Əliyev əlavə edib. 

Prezident qeyd edib ki, Azərbaycan Çin şirkətlərindən Xəzər dənizi üzərindən orta dəhlizin inkişafı üçün bir neçə müraciət alıb: “Bu, bizim üçün yeni imkandır”.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love