İlham Əliyev: “Ümid edirəm ki, Qarabağda yaşayan ermənilər bunu tezliklə başa düşəcəklər”

Siyasət

“Azərbaycan Qarabağda yaşayan ermənilərin vətəndaşlığını nəzərə alır. Ümid edirəm ki, onlar bunu tezliklə başa düşəcəklər”.

102info.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyev deyib ki, Azərbaycanda erməni azlıqlar da daxil olmaqla bütün etnik qruplar sülh içərisində yaşayırlar.

“Bizim pis niyyətimiz yoxdur. Biz sülh və öz ərazi bütövlüyümüzün tanınmasını istəyirik. Azərbaycanda yaşayış səviyyəsi Ermənistandakından çox üstündür. Biz hələ Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin vəziyyətini qeyd etmirik”, – deyə İlham Əliyev əlavə edib.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love