Hakan Yavuz: “Qarabağ müharibəsinin nəticələri regional inteqrasiya üçün əsas yaradıb”

Siyasət

“İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyət dəyişib, müharibənin nəticələri regional inteqrasiya üçün şərait yaradıb”.

“102info.az” xəbər verir ki, bunu Yuta Universitetinin Siyasi elmlər kafedrasının professoru Hakan Yavuz Şuşada keçirilən beynəlxalq beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfransında bildirib.

“Bu ərazi tarixən imperiyaların maraqlarının toqquşduğu yer olub. Həm Qarabağ, həm də Ukrayna münaqişəsi Sovet İttifaqının irsidir. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib. Regional inteqrasiya üçün şərait yaranıb”, – Yavuz deyib.

Professorun sözlərinə görə, regiondakı daha bir trend Ermənistanda açıq-aşkar özünü büruzə verən instrumentalizmdir.

“Ermənistanda şovinizmin parlaq ifadəsinin şahidi oluruq”, – o deyib.

Mubariz-Kesikde.org.az

Spread the love