Brenda Şaffer: “Şuşada olmaq mənim üçün möcüzədir”

Siyasət

“44 günlük müharibənin nəticələri real gücün vacibliyini göstərdi”.

“102info.az” xəbər verir ki, bunu Şuşada keçirilən beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı konfransında “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer deyib.

“Mənim üçün Şuşada olmaq, Şuşa qalasının divarlarını görmək möcüzədir. Axı bəziləri, bəlkə də bura gələcəyini heç ağlına da gətirmirdi”, – B.Şaffer emosional şəkildə bildirib.

O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini qeyd edərək əsas problemlərdən birinin minalardan təmizləmə problemi olduğunu vurğulayıb.

B.Şafferin sözlərinə görə, Azərbaycanın regionda aparıcı rolunu nümayiş etdirən daha bir uğuru Avropa bazarına enerji təchizatının şaxələndirilməsində mühüm addım olan Cənub Qaz Dəhlizinin (CQD) işə salınması olub.

Mubariz-Kesikde.org.az

Spread the love