Qazaxıstandan olan nümayəndələr Şuşaya səfər ediblər – FOTO

Siyasət

Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri bu gün Şuşa şəhərinə səfər ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov sosial media hesabında yazıb.

A. Kərimov səfər müddətində nümayəndələrlə görüşərək Şuşa rayonunda gedən bərpa və yenidənqurma işləri barəsində məlumat verib:

“Bundan əlavə, qonaqlar Şuşa şəhərində müxtəlif tarixi əhəmiyyətli yerləri ziyarət edərək işğal müddətində və işğaldan azad edildikdən sonra şəhərin ümumi vəziyyəti ilə tanış olublar”.

Mubariz-Kesikde.org.az

Spread the love