Anti-Azərbaycan qüvvələr əl-ayağa düşüblər: Zəfər Qurultayı İranda kimləri narahat edib? – VİDEO

Siyasət

Aprelin 22-də erməni işğalından azad edilmiş qədim Şuşa şəhərində öz işinə başlayan Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı qonşu İran İslam Respublikasında müəyyən dairələrin, necə deyərlər, kürkünə birə salıb.

Bu barədə “Azad İran” “You Tube” kanalı məlumat hazırlayıb.

Bildirilib ki, bu, heç də yenilik deyil, Dünya azərbaycanlılarının əvvəlki qurultayları keçirilərkən də belə narahatlıq görülüb.

Hətta Bakıdakı İran səfirinin 2006-cı ildə Dünya Azərbaycanlılarının II Qurultayı davam edərkən başı alovlu Azərbaycan Xarici İşlər Nazirliyinə getdiyinin də şahidi olmuşuq. Amma o zamandan çox şey dəyişib.

Dünya Azərbaycanlılarının Şuşada keçiriləcəyi qabaqcadan elan edilən Qurultayı öz işinə başlamamış, onun gündəliyi məlum olmamış, çıxışlar edilməmiş İrandakı anti-Azərbaycan qüvvələr əl-ayağa düşüblər və bu hadisənin İrana qarşı yönəldiyi barədə iddialarla çıxış ediblər.

Daha ətraflı sujetdə:

Mubariz-Kesikde.org.az

Spread the love