Podolyak Kiyevi bombalamaq hədələri barədə: “Bunu deyən Rusiya siyasətçilərini həbs gözləyir”

Müharibə

Kiyevin bombalanmasına çağırış edən rusiyalı siyasətçilər beynəlxalq axtarışa verilməli və kütləvi şəkildə həbs olunmalıdır.

Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Telegram”da yazıb.

Onun sözlərinə görə, bu cür hədələr Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Dövlət Dumasının sədri Vyaçeslav Volodin kimi yüksək səviyyəli dövlət məmurları tərəfindən səsləndirilib.

“İlk öncə bu şəxsləri qırmızı bülletenlə beynəlxalq axtarışa vermək, sonra isə onların kütləvi həbsinə hazırlaşmaq lazımdır”, – deyə Podolyak qeyd edib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir