Gürcüstanlı nümayəndələr Cəbrayılda minatəmizləmə işlərinin gedişatı ilə tanış olular – YENİLƏNİB + FOTO

Müharibə

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan Gürcüstan mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyəti Cəbrayıl rayonunda minatəmizləmə işlərinin gedişatı ilə tanış olub.

“102info.az” xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) gördüyü işlər barədə məlumat verilib.

Qonaqlara, həmçinin ərazilərdə aşkar edilmiş minaların partlayış üsulu ilə zərərsizləşdirilməsi nümayiş etdirilib.

15:00

Gürcüstanın mədəniyyət xadimlərinin, ekoloqlarının, türkoloqlarının və bloqerlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

“102info.az” xəbər verir ki, Gürcüstan nümayəndə heyəti bu gün Cəbrayıl şəhərində olub.

Səfər çərçivəsində onlar işğal zamanı ermənilərin törətdikləri dağıntılarla, eləcə də bu ərazilərin bərpası istiqamətində aparılan işlərlə tanış olacaqlar.

Aprelin 16-da Gürcüstan nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.