Rusiyalı politoloq: “Erməni diasporu üçün Azərbaycanla sülh əhəmiyyət kəsb etmir”

Müharibə

Dünya üzrə səpələnmiş erməni diasporu hər zaman Ermənistanın özündə yaşayan ermənilərdən qat-qat aqressiv, barışmaz mövqedən çıxış edir.

Bu fikri rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov 102info.az-ın sualını cavablandırarkən səsləndirib.  

“Bu ölkədə yaşayan Ermənistan vətəndaşları üçün sülh onların gələcəyinin vacib hissəsidir. Onlar ölkənin gələcək inkişaf perspektivlərini sərhədlərin açılması, Azərbaycanla sülh sazişinin imzalanması, yeni logistik dəhlizlərin yaranması, qonşu dövlətlərlə açıq ticarət əlaqələrinin qurulması məsələləri ilə bağlayırlar. Bu, onların maraqlı olduqları parlaq gələcək perspektividir. ABŞ-da yaşayan erməni diasporunun nümayəndələri isə bundan heç nə əldə etməyəcəkləri ilə yanaşı hətta müəyyən maraqlar üzrə göstərdikləri lobbiçilik fəaliyyətindən qazandıqları pullarını da itirə bilərlər. Bu səbəbdən də Ermənistanda sülhün bərqərar olması onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Şovinist əhval-ruhiyyə onlar üçün daha maraqlıdır ki, bu yöndə onların müəyyən auditoriyası və paylaşdıqları bu qəbildən informasiyalara oxucu tələbatı var. Yenə də təkrar edirəm, dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransa və ABŞ-da məskunlaşan ermənilər Ermənistanda yaşayan ermənilərdən daha çox aqressivdirlər”, – deyə o qeyd edib.

Ancaq politoloq bunun sözdə aqressiya olduğunu və onların müharibə etmək niyyətində olmadıqlarını vurğulayıb.

“Eyni zamanda onlar Ermənistana qayıtmağı və burada yeni həyat qurmağı da düşünmürlər. Onların bütün işləri qaydasındadır, rahat yaşayırlar və Ermənistanda yaşayan soydaşlarının gələcək rifahını qurban verməyə hazırdırlar”, – deyə Solonnikov əlavə edib.

Nair Əliyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir