Nəşi səkkiz gün neytral ərazidə qalan Aprel şəhidi – VİDEO

Müharibə

Baku TV nəşi 8 gün neytral zonada qalan Aprel şəhidi Fəxrəddin Qurbanlının evindən reportaj hazırlayıb.

F. Qurbanlı 1994-cü ildə Bakının Binəqədi rayonunda anadan olub. 179 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Universitetinin “Sosial iş” ixtisasına qəbul olunub.

Univerisiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

“Yaxşı oxumaqla yanaşı, sosial işlərlə məşğul olur, qocalar, uşaqlar evinə baş çəkirdi”, – deyə şəhidin anası Həzimə Qurbanova övladı ilə bağlı xatirələrindən danışıb.

Şəhidin atası Seyfəddin Qurbanovun sözlərinə görə, Fəxrəddin son dəfə anası ilə danışıb. Ona növbəyə getdiyini deyib.

“Son doğum günündə evdə oldu. Bilməzdim ki, balamla son görüşümüz olacaq”, – deyə şəhidin anası qeyd edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir