Marşall İrsi İnstitutu Azərbaycana daha beş minaaxtaran it göndərəcək

Müharibə

“Marşall İrsi İnstitutu iyun ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mina aşkarlanması üzrə xüsusi təlim keçmiş 5 it təqdim edəcək”.

Bunu “102info.az”a Marşall İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) İcraçı direktoru Elis Bekker bildirib.

O deyib ki, basdırılan minaların aşkarlanması üzrə xüsusi təlim keçmiş itlər ANAMA-ya minatəmizləmə işlərində yardımçı olacaq.

“ANAMA ilə uzun müddətdir tərəfdaşlıq edən Marşall İrsi İnstitutu 2005-ci ildən indiyədək agentliyə 60 it verib. Ötən ilin avqustundan indiyədək isə 20 it göndərmişik. Hazırda təlimdə olan daha 5 it iyun ayında gətiriləcək”, – E.Bekker vurğulayıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir