Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”

Müharibə

Rusiya hərbi karvanlarının Belarus ərazisindəki hərəkət marşrutları boyunca hərbi qulluqçuların yanacaq və azuqələrin satılması, habelə onların spirtli içkilərə dəyişdirilməsi faktları var.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub.

“Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində hər gün orta hesabla 50-100 yaralı Sevastopol şəhərinin tibb müəssisələrinə müraciət edir.

İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhalini terror və qorxutmaqda davam edir. Oğurluq, insan və əmlak oğurluğu halları çoxdur”, – Baş Qərargahdan bildirilib.

Məlumata görə, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Nəticədə qarşı tərəfin 8 tankı, 8 zirehli texnikası və 3 avtomobili məhv edilib.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün 1 təyyarə, 12 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.