Ukraynada müharibədə 139 uşaq ölüb

Müharibə

Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb.

Bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.

Eyni zamanda bildirilib ki, müharibə dövründə 205-dən çox uşaq yaralanıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində – 65, Xarkov vilayətində – 45, Donetsk vilayətində – 53, Çerniqov vilayətində – 38, Nikolayev vilayətində – 29, Luqansk vilayətində – 25, Zaporojye vilayətində – 19, Xerson vilayətində – 21, Kiyev şəhərində – 16, Jitomir vilayətində – 15 və Sumı vilayətində – 14.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir