Zakir Həsənov hərbi hospitalda tapşırıqlar verdi – VİDEO

Müharibə

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdırıb.

Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub.

Məruzə edilib ki, müasir avadanlıqlarla təchiz olunan qərargah binasında xidməti fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün otaqlar zəruri mebel avadanlıqları və invertarla tam təchiz edilib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də əldə olunan uğurlardan danışıb. Tibb işçilərini bayram münasibətilə təbrik edib və xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir