Azərbaycan Ordusunun avtomatik qumbaraatan və iriçaplı pulemyot heyətləri təlim keçib – VİDEO

Müharibə

Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir